AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hakimiyyət neftsiz dövründə iqtisadi dirçəlişə nail olubmu? - Araşdırma

  • + A
  • - A
  • 15-05-2017, 09:28

    Hakimiyyət neftsiz dövründə iqtisadi dirçəlişə nail olubmu? - Araşdırma

















    Azərbaycan hökuməti neft sektorundan asılılığı aradan qaldırmaq məqsədilə qeyri-neft sektorunun inkişafını diqqət mərkəzində saxlayır. 2016-cı ildə qeyri-neft sektorunda 5 faiz, kənd təsərrüfatında 2,5 faiz artım müşahidə olunub.

    Dünya ölkələrinin təcrübəsi göstərir ki, təbii rəqabət üstünlüyünə malik olan neft və neft məhsulları ilə uzun müddət dayanıqlı iqtisadi inkişafı təmin etmək mümkün deyil.

    Dünya iqtisadi böhranı şəraitində neftin qiymətinin qısa bir müddətdə kəskin şəkildə aşağı düşməsi bu fikrin doğruluğunu əyani şəkildə sübut etdi.

    Ona görə də Azərbaycan kimi ölkələr, xüsusilə də dünya bazarında neft təklifinə əhəmiyyətli dərəcədə təsiri olmayan ölkələr xarici iqtisadi fəaliyyətinin şaxələndirilməsini xüsusilə diqqət mərkəzidə saxlamalıdır. Artıq Strateji Yol Xəritəsinin ilkin nəticələri müşahidə olunmaqdadır.

    Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində Strateji Yol Xəritəsinin reallaşması ilə əlaqədar məsələləri xüsusilə gündəmə gətirib.

    Hakimiyyət tərəfindən həyata keçirilən sistemli islahatlar ölkə iqtisadiyyatının böyüməsinə, onun iqtisadi məkanının ölkənin coğrafi hüdudlarından geniş olmasına gətirib çıxaracaq. Bu gün sahibkara imkan verilib ki, öz məhsulunu istədiyi yerdə satsın.

    Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, yerli istehsalın dəstəklənməsi fonunda qeyri-neft ixrac imkanlarının artırılması əsas hədəf olaraq qalmaqdadır.

    Azərbaycan postneft dövrünün başlanmasını elan edən ilk ölkələrdən biri oldu. 2014-cü ilin sonlarında dövlətimizin başçısı tərəfindən postneft dövrünün başlandığı bildirildi.

    Azərbaycan neftin dünya bazarı qiymətlərinə və mövcud qiymətlərə uyğun transformasiya olması istiqamətində mövcud siyasətin aparılması ilə bağlı mövqeyini nümayiş etdirdi.

    Bununla ixracın stimullaşdırılması üçün atılan addımlar, xüsusilə ixraca subsidiyanın verilməsi öz təsirlərini göstərməyə başladı. Azərbaycan ixraca subsidiya təklif edən az sayda MDB ölkələrindən biridir.

    Bu, o deməkdir ki, sahibkar ixrac etdiyi məhsulun növünə uyğun dövlət büdcəsindən subsidiya alır.

    Bu zaman həmin vəsait sahibkarın hesabına köçürülür və sahibkar onu istifadə etməkdə sərbəstdir. Subsidiya əvəzsiz verilən, büdcəyə qaytarılmayan vəsaitdir.

    Qyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet məsələdir. Çünki neftin dünya bazarındakı qiymətləri ilə bağlı proqnozlar fərqli olsa da, hələlik onun aşağı həddə qalacağı barədə səslənən fikirlər özünü daha çox doğruldur. Bu fonda da düşünmək olar ki, neft erası artıq başa çatıb.

    Bu baxımdan fərqli proqnozlar olduğundan postneft dövründə vacibdir ki, məhz qeyri-neft sektorunun inkişafı dəstəklənsin. Ölkə iqtisadiyyatının dayanıqlılığı praktik olaraq qeyri-neft sektorunun inkişafından asılıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR