AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda 300-dən çox vəzifəli şəxsə cinayət işi açıldı

  • + A
  • - A
  • 17-01-2018, 13:36

    Azərbaycanda 300-dən çox vəzifəli şəxsə cinayət işi açıldı














    Ötən il dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

    AZTB.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri Kamran Əliyev hesabatında bildirib.

    K. Əliyev qeyd edib ki, 127 şəxs barəsində mənimsəmə və israf etmə, 67 şəxs barəsində dələduzluq, 35 şəxs barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 17 şəxs barəsində rüşvət alma (passiv rüşvətxorluq), 19 şəxs barəsində rüşvət vermə (aktiv rüşvətxorluq), 8 şəxs barəsində vəzifə saxtakarlığı, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

    Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83 milyon 486 min manat ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manat və ya 33.03% ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR