AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mask Ukrayna ilə bağlı mövqeyinə görə şahmatçı Kasparovu "əclaf" adlandırıb

  • + A
  • - A
  • 24-10-2022, 22:57

    Mask Ukrayna ilə bağlı mövqeyinə görə şahmatçı Kasparovu "əclaf" adlandırıb

    Amerikalı iş adamı və milyarder İlon Mask şahmatçı Qarri Kasparovun (Rusiya Federasiyasında xarici agent kimi tanınır) Tesla və SpaceX şirkətlərinin rəhbəri tərəfindən təklif olunan Ukraynada münaqişənin sülh yolu ilə həlli planına qarşı tənqidinə sərt reaksiya verib.
    Azadmedia.az Rusiya mediasına istinadla xəbər verir ki, Kasparov CNBC telekanalına müsahibəsində Maskın Ukraynadakı böhrandan sülh yolu ilə çıxış yolu ilə bağlı təkliflərini tənqid edib.
    Kasparovun yöndəmsiz hücumuna cavab olaraq amerikalı milyarder onu axmaq adlandırıb. Mask Twitter-də yazıb:
    "Doğrudur, Kasparov mənim iPhone-um kimi şahmat oynayır, əks halda o, axmaqdır".
    Xarici kiv-lərin məlumatına görə oktyabrın əvvəlində İlon Mask öz Twitter səhifəsində Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı öz versiyasını dərc edib. Xüsusilə, o, BMT-nin nəzarəti altında DXR və LXR-də, habelə Zaporojye və Xerson vilayətlərində yenidən referendumların keçirilməsini, Krımın Rusiyanın subyekti kimi tanınmasını, yarımadanın su təchizatı ilə təmin olunmasını təklif edib.
    Tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR