AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatları yaradılıb

  • + A
  • - A
  • 13-02-2023, 17:04

    Məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatları yaradılıb

    Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib. Azadmedia.az xəbər verir ki, konfransda qonaqları salamlayan ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ilk növbədə Ali Məhkəmənin kollektivini və məhkəmə hakimiyyətinin bütün təmsilçilərini bu əlamətdar yubiley münasibətilə ədliyyə işçiləri adından ürəkdən təbrik edib və qeyd edib ki, bu yubiley həm də onunla əlamətdardır ki, o ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümündə - “Heydər Əliyev İli”ndə qeyd olunur.
    Nazir qeyd edib ki, Orta əsrlərdə «Qazan xan islahatları» kimi məşhurlaşan hüquq islahatı Azərbaycanda məhkəmələrin müstəqilliyinin təmin olunmasına, onların kənar müdaxilədən qorunmasına, işlərə baxılarkən ədalətin gözlənilməsinə yönəlmişdi.
    1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində demokratik hüquq sisteminin formalaşması, mütərəqqi məhkəmə islahatının aparılması üçün önəmli addımlar atılmış, lakin təəssüf ki, ölkənin işğalı bu taleyüklü işlərin başa çatdırılmasına, ali məhkəmə orqanının yaradılmasına imkan verməmişdi.
    Və düz 100 il əvvəl məhz bu gün Azərbaycanda ali məhkəmə orqanı bərqərar olmuşdur.
    Məhkəmə islahatlarından danışan Nazir
    ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən məhkəmə hakimiyyətinin müasir çağırışlara uyğun inkişafı, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və şəffaflığın artırılması, onun cəmiyyətdə nüfuzunun yüksəldilməsi üzrə tövsiyə və tapşırıqlar vermiş, bu istiqamətdə mütərəqqi islahatlara başlanılmasından söz açmış islahatlar zamanı Avropa Şurası ilə əməkdaşlıqda məhkəmə fəaliyyətini tənzimləyən mövcud qanunvericilik mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hər il təkmilləşdirilmiş, yeni qanunların qəbul edildiyini bildirmişdir.
    F.Məmmədovun sözlərinə görə mühüm institusional tədbirlər görülərək məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin, Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimliyə namizədlərin beynəlxalq aləmdə təqdir olunan ən mütərəqqi və şəffaf seçimi qaydası müəyyən olunmuş, eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatları yaradılmış, onun fəaliyyətinə müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmləri müəyyən edilmiş, məhkəmə büdcələri təsdiq olunarkən Şura ilə razılaşdırılması, habelə hakimlərin əmək haqqının azaldılmasının qanunla qadağan olunması təsbit edilmiş, digər tədbirlər görülmüşdür.
    Həmçinin, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilmiş və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılmışdır. Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji - hi-tech bina və komplekslər inşa olunaraq istifadəyə verilmişdir:
    "Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür.
    Eyni zamanda Ali Məhkəmənin binasının təməlinin qoyulması mərasimində möhtərəm cənab Prezident demişdir ki, bu islahatların əvvəli var, amma sonu yoxdur.
    Bununla əlaqədar dövlət başçısının 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərmanla məhkəmə islahatlarımız müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçmişdir.
    Hörmətli məruzəçi Ramiz müəllim Fərmanın icrası üzrə görülmüş işlərə toxundu. Təkrarçılığa yol verməmək üçün istərdim bu sahədə qısa müddətdə görülmüş nəhəng işlərdən yalnız bəzi məqamların üzərində dayanım.
    Belə ki, institional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır.
    Sadələşdirilmiş və yazılı icraatın genişləndirilməsi, proseslərdə video-konfransın və elektron icraatın tətbiqi, məhkəmə rüsumlarının differensiasiyası ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərmişdir.
    Fərmana uyğun olaraq hakimlərin fəaliyyətinin müasir tələblərə cavab verən yeni, şəffaf qiymətləndirmə Qaydaları müəyyən edilmişdir. Və bu prosesdə Ali Məhkəmə əhəmiyyətli rol oynayır, hər bir hakimin fəaliyyətini ətraflı və prinsipial təhlil etməklə rəylər verir. Məhkəmə-Hüquq Şurasının üzvü olan Ali Məhkəmənin hakimləri qiymətləndirmə prosesində bilavasitə və fəal iştirak edirlər.
    Fərmanla həmçinin, hakimlərimizin sayı üçdə bir qədər - 200 vahid artırılmış, bu ştatların tezliklə komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter almış və artıq 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilmişlər. Onların yarıya qədərini qadınların təşkil etməsi xüsusi qeyd olunmalıdır.
    Bu isə daha təcrübəli hakimlərin irəli çəkilməsinə imkan yaratmış və nəticədə Ali Məhkəmənin tərkibi 70% təzələnmişdir.
    Ali Məhkəmə həm də məhkəmə sistemi üçün böyük kadr ehtiyatı rolu oynayır. Belə ki, Ali Məhkəmənin hakimləri apellyasiya instansiyası məhkəmələrinin, habelə mühüm birinci instansiya məhkəmələrinin sədrləri vəzifəsinə təyinat almışlar".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR