Oqtay Əsədov iclasdan qaçan deputatlara qəzəbləndi- "BOĞAZLARI QURUYUB, ÇAY ÇOX İÇİRLƏR"
“Peşə təhsili haqqında”qanun layihəsinin ikinci oxunuşda müzakirəsi bitdikdən sonra səsə qoyularkən, spiker deputatları zala dəvət edib.
Azadsoz.info-nun məlumatına görə, Oqtay Əsədov bildirib ki, səsvermə üçün yetərli say yoxdur.
Burada cəmi 97 deputat iştirak edir. Çağırın o biriləri gəlsin. Deyəsən boğazları quruyub, çox çay içirlər. Çağırın gəlsinlər!”.
Deputatlar zala daxil olduqdan sonra yenidən səsvermə keçirilib və qanun layihəsi 2-ci oxunuşda qəbul edilib.