AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Allahın yolunu tutmuşam, 25 ildir ki,..." - Hadi Rəcəbli

  • + A
  • - A
  • 8-04-2018, 09:36

    "Allahın yolunu tutmuşam, 25 ildir ki,..." - Hadi Rəcəbli














    "Mənim xanımım həci xanımdır. İki qızım, iki bacım həci xanımdır. Ailə üzvlərim namaz qılır, Allaha ibadət edirlər. Bizim evdə stolun üstündə Quran var. Mənim bu dəqiqə Milli Məclisdəki kabinetimdə başımın üzərində Quran var. Mən Allaha bağlı insanam. Allahın yolunu da həmişə tutmuşam”.
    Mia.az xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Hadi Rəcəbli deyib.

    O bildirib ki, Allah ömür versə, Kəbə evinə təkrar getməyi düşünür:

    "Hazırda Həccə getməyi planlaşdırmıram. Allah ömür verər, məqam olarsa, Həcc ziyarətinə bir dəfə də gedərəm. Mən Kəbə evinin içərisində olmuşam: Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyevlə birlikdə. Mənə bu qismət olub. Bu, böyük bir xoşbəxtlikdir. Orada Kəbə evinin qapısını bizim üçün Səudiyyənin kralı açdı. Biz kralın qonaqları idik. O xoşbəxtlik mənə nəsib olub. Kəbə evində olduğum ruhu da saxlamışam. Çünki Allahdan qorxmaq lazımdır”.

    Millət vəkili onun sözlərini mətbuatda təhrif edən jurnalistlərə səslənib:
    "Mən özüm də jurnalist işləmişəm, jurnalistlərin dostuyam. Jurnalist dostlara da səslənirəm ki, Allah xofu ürəklərində olsun. Allahdan qorxsunlar. Bir az diqqətli olsunlar. Yazıları təhrif etməsinlər. Yaşlı adamlara qarşı bir az da həssas olsunlar. Mən mətbuata açığam, bunlar isə mənim başıma gör, nə oyunlar gətirirlər. Bu da çox narahatedici məsələdir. Mən də o jurnalistləri Allaha tapşırıram ki, mənim ünvanıma o qədər söyüş söydürürlər. Allah da bilir. Mən Allaha şükürlər olsun ki, Allahın yolunu tutmuşam, 25 ildir ki, parlamentdəyəm və başımın üstündə də Quran var”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR