AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NƏ QƏDƏR Kİ, TORPAQLARIMIZ İŞĞAL ALTINDADIR, BAŞIMIZI DİK TUTA BİLMƏYƏCƏYİK"

  • + A
  • - A
  • 1-06-2018, 12:22

    NƏ QƏDƏR Kİ, TORPAQLARIMIZ İŞĞAL ALTINDADIR, BAŞIMIZI DİK TUTA BİLMƏYƏCƏYİK"















    "Xalq öz acizliyini görüb bayramlarda Qarabağın azad olunmasını arzulayır”

    İki gün öncə millət və dövlət olaraq Cümhuriyyətimizin 100 illliyini qeyd etdik. Bu arada millət vəkili Fazil Mustafa cümhuriyyətin aydınları ilə bağlı maraqlı təkliflə çıxış edib. Millət vəkili bildirib ki, keçmiş "26-lar" Bağı kimi tanınan yerdə bu insanların hər birinin büstü ucaldılsın.

    Xatırladaq ki, bundan öncə millət vəkili Qüdrət Həsənquliyev cümhuriyyətin qurulmasında xidmətləri olan görkəmli şəxslərin doğulduğu bölgələrdə onlara xatirə abidəsinin qoyulmasını təklif edib.
    Diqqətçəkən bir məqamsa Cümhuriyyətin 100 illiyinin kifayət qədər sönük keçirilməsi və cəmiyyətdə bayram ovqatının o qədər də nəzərə çarpmaması oldu.

    Moderator.az-ın əməkdaşı millət vəkili Qüdrət Həsənquliyevin məsələ ilə bağlı fikirlərini öyrənib:

    "Cümhuriyyətin 100 illiyi günü M.Ə.Rəsulzadənin abidəsini ziyarət etdik və orda mən dedim ki, 26 nəfər müstəqilliyin lehinə səs verib və 2 nəfər də bitərəf qalıb. Bu görkəmli şəxslər harada doğulubsa, onların hər birinə orada abidə ucaldılsın. Fazil bəy də təklif etdi ki, doğulduqları yerdə deyil, keçmiş 26-lar Bağı adlanan yerdə onların abidəsi qoyulsun”.

    Millət vəkili bildirib ki, cümhuriyyət gününü təntənəli şəkildə keçirə bilməməyimizə səbəb torpaqlarımızın hələ də işğal altında olmasıdır:

    "Cəmiyyətdə bayram ab-havasının hiss edilməməsinə səbəb torpaqlarımızın işğal altında olmasıdır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, insanlar nə ürəkdən şənlənə, nə də başını qürurla dik tuta bilməyəcək. Ona görə ki, bizdən beş dəfə kiçik olan xalq torpaqlarımızı işğal edib və otuz ildir ki, işğalda saxlayır. Biz isə heç cür torpaqlarımızı işğaldan azad edə bilmirik və yaxın prespektivdə də bu gözlənilmir. Bizim edə biləcəyimiz bir şey odur ki, erməniləri müəyyən mənada regional transmilli layihələrdən kənarda saxlaya bilmişik. Başqa cür bizim bu ölkəyə təzyiq imkanlarımız yoxdur. Bədbəxtçilikdın bızi qonşu müsəlman ölkələri belə bu ölkəylə əməkdaşlıq edir. Ona görə də xalq öz acizliyini görüb bu əhval-ruhiyyə ilə də böyük bayram keçirib şənlənə bilmir. Hətta bayramlaramızda da məcburuq ki, Qarabağdan danışıb torpaqlarımızın işğaldan azad olunmasını arzulayırıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR