AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bakı mirvaridir, dünya səviyyəli şəhərdir" — Tacikistan prezidenti

  • + A
  • - A
  • 11-08-2018, 12:32

    "Bakı mirvaridir, dünya səviyyəli şəhərdir" — Tacikistan prezidenti














    Bakı mirvaridir, dünya səviyyəli şəhərdir.
    Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevin adından şərəfinə verilən rəsmi ziyafət mərasimində çıxışı zamanı deyib.
    Tacikistan Prezidenti bildirib: "Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR