AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Həsənov orduya tapşırıqlar verdi – FOTO

  • + A
  • - A
  • 18-09-2018, 10:23

    Zakir Həsənov orduya tapşırıqlar verdi – FOTO














    Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfindən atəşə məruz qalan yaşayış məntəqələrimiz istiqamətindəki bölmələrdə olan nazir vəziyyətlə bağlı məruzələri dinlədikdən sonra qarşı tərəfin mövqelərini müşahidə edib.

    Ön xətt mövqelərindəki vəziyyətlə yerində tanış olan nazir dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına qarşı təxirəsalınmaz cavabın verilməsi və daha sərt tədbirlərin görülməsi ilə bağlı həmin istiqamətlərdə yerləşən bölmələrə konkret tapşırıqlar verib.

    Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Zakir Həsənov şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

    Zakir Həsənov orduya tapşırıqlar verdi – FOTO
    Zakir Həsənov orduya tapşırıqlar verdi – FOTO
    Zakir Həsənov orduya tapşırıqlar verdi – FOTO
    Zakir Həsənov orduya tapşırıqlar verdi – FOTO
    Zakir Həsənov orduya tapşırıqlar verdi – FOTO
    Zakir Həsənov orduya tapşırıqlar verdi – FOTO
    Zakir Həsənov orduya tapşırıqlar verdi – FOTO


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR