AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Restoranlar sahiblərinin başı dərddə, nazirlik hərəkətə keçib

  • + A
  • - A
  • 22-09-2018, 11:40

    Restoranlar sahiblərinin başı dərddə, nazirlik hərəkətə keçib















    Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində artıq qanunamüvafiq tədbirlər görülməyə başlanıb.

    Trend-in məlumatına görə, bunu ETSN-də keçirilən mətbuat konfransında nazirliyin əməkdaşı Faiq Mütəllimov deyib.

    F.Mütəllimovun sözlərinə görə, “Kleopatra”, “Qızıltac”, “Karvan”, “Yeddi gözəl”, “Nazlı saray”, “Oskar”, “Şəlalə”, “Xəmsə” “Neon”, “Ağ çiçəyim” “Praqa”, “Milord”, “Real”, “Turan”, “Təbrik” və digər şadlıq sarayları barəsində qanuna müvafiq tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir:

    “Manqal, Tərxun, Viana, Fəridə, Pak dad, Hollywood, Versal palace, Xudafərin, Mona Liza, Abqora, Opera, Golden Ring, Qızıl Buta, Ümid ictimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğular quraşdırılıb, 133 şadlıq sarayı və ictimai iaşə obyektləri isə müasir qurğuların quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR