AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Şəhər Prokurorluğu təkzib etdi

  • + A
  • - A
  • 11-10-2018, 09:41

    Bakı Şəhər Prokurorluğu təkzib etdi














    Bu gün bir sıra KİV-də Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilindiyinə görə ona qarşı cinayət işinin açıldığına dair məlumat yayılıb. Bakı Şəhər Prokurorluğu həmin informasiyanı təkzib edib.

    Qurumdan daxil olan xəbərə görə, Qurbanov Elçin Müzəffər oğlu 21 fevral 2018-ci ildə Bakı şəhər Prokurorluğunun Təşkilat Analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib.

    Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 09.04.2018-ci il tarixdə Azərbaycan baş prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib.

    Aparılmış istintaq zamanı E. Qurbanov Azərbaycan Respublikası CM-nın 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi 20.08.2018-ci il tarixdə baxılması üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR