Bakıda avtobusların sayının azaldılması narazılığa səbəb oldu – VİDEO
Sürüşmənin yaratdığı əsas problemlərdən biri də Badamdar şosesindən 20-ci sahə və Bayıl istiqamətinə hərəkət edən marşrutların fəaliyyətini dayandırmasıdır. Nəticədə sakinlər 20-ci sahədən Badamdara qədər olan məsafəni ayaqla qət etməli olurlar.
53 və 205 nömrəli marşrutların hərəkət istiqaməti dəyişdirildiyi üçün Badamdar qəsəbəsinin mərkəzindəki marşrut dayanacaqlarında səhər və axşam saatlarında güclü sərnişin sıxlığı müşahidə olunur. Sakinlərin əsas istəyi isə qəsəbəyə əlavə marşrut xəttinin çəkilməsi və ya 29 və 31 nömrəli marşrutların sayının artırılmasıdır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirib ki, bu gündən etibarən 29 və 205 nömrəli avtobusların sayı artırılacaq.
Bizə isə qalır məsələnin tezliklə həll ediləcəyini gözləmək.
Baku TV əməkdaşlarının hazırladığı videonu təqdim edirik: