AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cocuq Mərcanlıya 3 milyon ayıran iş adamı Azərbaycana gəlir - Pulu təqdim etmək üçün

  • + A
  • - A
  • 2-03-2017, 12:38

    Cocuq Mərcanlıya 3 milyon ayıran iş adamı Azərbaycana gəlir - Pulu təqdim etmək üçün














    Tanınmış azərbaycanlı iş adamı, Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın rəhbəri, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov Azərbaycana gələcək.

    Modern.az-ın əldə etdiyi məlumata görə, o, martın 25-də Bakıda olacaq.

    Qeyd edək ki, iş adamı bir müddət əvvəl Modern.az-a özəl açıqlamasında Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsinə - Cocuq Mərcanlı kəndinin bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib. İş adamının bu təşəbbüsü Azərbaycan cəmiyyətində müsbət qarşılanaraq, yüksək qiymətləndirilib.

    Azərbaycana budəfəki gəlişi zamanı F.Məmmədovun Cocuq Mərcanlıya gedəcəyi və kəndin bərpasına yardım üçün ayırdığı pul vəsaitini təqdim edəcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR