Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospektində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən binanın 1-ci mərtəbəsində yerləşən obyektin damına yıxılaraq müxtəlif bədən xəsarətləri ilə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xərəklə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.