AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan 4 ölkəyə xəbərdarlıq etdi

  • + A
  • - A
  • 17-04-2025, 19:30

    Azərbaycan 4 ölkəyə xəbərdarlıq etdi


    Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb. Müəyyən olunan konkret faktlar üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunamüvafiq tədbirlər görülür.
    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

    Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə https://afsa.gov.az/az/xeberler linkinə daxil olmaqla tanış olmaq olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR