“Azərsun Holding”in pomidorlarında təhlükəli güvə var - FOTO/VİDEO
Rusiyanın Tomsk şəhərində ilk dəfə çox təhlükəli Cənubi Amerika pomidor güvəsi adlı zərərverici aşkarlanıb. Özü də Azərbaycandan ixrac edilən pomidorlarda
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu haqda "Rosselxoznadzor”un regional idarəsi məlumat yayıb.
"Tomsk vilayəti üzrə "Rosselxoznadzor”un regional idarəsi Azərbaycandan daxil olan qarantin altındakı yükə-təzə "çerri” pomidorlarına baxış zamanı təhlükəli qarantin obyekti-Cənubi Amerika pomidor güvəsi aşkarlanıb”-məlumatda deyilir.
Əlavə edilir ki, həmin məhsulun yoxlanılması zamanı təhlükəli zərərvericinin həyat qabiliyyətli süfrələri də aşkarlanıb.120 kiloqram pomidor Tomas gömrüyünün əməkdaşları və yükün daxil olduğ "EvroLogistik” MMC şirkətinin nümayəndələrinin iştirakı ilə bərk məişət tullantıları poliqonunda məhv edilib.
Məlumatda deyilir ki, həmin pomidorun qida kimi istifadə edilməsi mümkün deyil, təhlükəlidir.
"Rosselxoznadzor” təhlükəli zərərvericilərin aşkarlandığı pomidorların məhv edilməsinə dair görüntüləri də yayıb. Belə məlum olur ki, həmin məhsul Azərbaycanda "Gözəl Təbiət” MMC adlı müəssisənin "Green Tech” istixanalarında istehsal olunub.
"Gözəl Təbiət” MMC Azərbaycanın iri kənd təsərrüfatı və ərzaq istehsalçısı "Azərsun Holding”in tərkibinə daxildir.
Cənubi Amerika pomidor güvəsi ən təhlükəli zərərvericilərdən biridir və ona qarşı yüz faiz effektli mübarizə vasitəsi yoxdur. Hətta kimyəvi pereparatlardan istifadə də bu zərərvericiləri tam məhv etmir. Zərərəverici məhsuldarlığa ciddi ziyan vurur, pomidorun içərisinə daxil olaraq onu sıradan çıxarır.