AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sərnişinlər hansı dayanacaqda dayansın? — Dayanacaq çaşqınlığı

  • + A
  • - A
  • 21-01-2019, 09:51

    Sərnişinlər hansı dayanacaqda dayansın? — Dayanacaq çaşqınlığı















    Paytaxtın Yasamal rayonunda aralarında cəmi 30 metr məsafə olan iki avtobus dayanacağı qoyulub. Bu hal isə sərnişinlərin və sürücülərin çaşqınlığına səbəb olur. Onlar hansı dayancaqda dayanmalı olduqlarını bilmirlər. Aidiyatı qurum isə əslində orada bir dayanacağın olduğunu yalnız iki pavilyonun qoyulduğunu bildirir.
    Xezerxeber.az bildirir ki, eyni yolda, eyni istiqamətdə olan avtobus dayancaqlarının arasında cəmi 30 metr məsafə var. Sərnişinlər və avtobus sürücüləri isə harda dayanacaqlarını bilmirlər.

    Görüntülər paytaxtın Yasamal rayonu Şərifzadə küçəsinindən , metronun ''İnşaatçılar'' stansiyasının çıxışının ətrafındandır. Beləki yaxın günlərdə yolun üzü ''20 yanvar'' dairəsi istiqamətinə olan hissəsində, əvvəlcədən olan dayacaqdan 30 metr kənarda, yeni bir dayancaq qoyulub. Bu hal isə sərnişinlər arasında çaşğınlığa səbəb olur.
    Bu hal avtobus sürücülərinin də çaşqınlığına səbəb olur. Onlar harda dayancaqlarını bilmirlər.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev 'bildirib ki, ərazidən keçən marşurut xətləri çox olduğundan avtobusların yola çıxmadan dayanması üçün iki pavilyon qoyulub.Əslində hər iki pavilyonun arasındakı məsafə də dayancaq ərazisidir. Yəni ərazidə bir dayancaq və iki pavilyon var. Sürücülər də boş olan pavilyondan birinin qarşısında avtobusu saxlayıb sərnişinləri düşürə və mindirə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR