AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu, bizim ailələrə çox böyük kömək olacaq” — Şəhidin həyat yoldaşı

  • + A
  • - A
  • 29-01-2019, 10:37

    Bu, bizim ailələrə çox böyük kömək olacaq” — Şəhidin həyat yoldaşı















    "İnanırıq ki, torpaqlarımız alınacaq və biz doğma yurd-yuvamıza qayıdacağıq".
    Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Sarayında şəhid ailələri ilə görüşündə çıxış edən şəhidin həyat yoldaşı Vərziyar Əliyeva deyib.

    O qeyd edib: "Möhtərəm cənab Prezident. Bu gün vaxt ayıraraq biz şəhid ailələrini qəbul etdiyinizə görə şəhid polislərin ailələri adından Sizə öz təşəkkürümü bildirirəm. İmzaladığınız Fərmana görə şəhid ailələri, şəhid polislərin vərəsələri Sizə minnətdardırlar. Bu, bizim ailələrə çox böyük kömək olacaq.

    Mən Xocalı aeroportunun müdafiəsi zamanı şəhid olmuş Əliyev Əbülfət Əli oğlunun həyat yoldaşıyam, özünümüdafiə batalyonunun döyüşçüsü Hüseynov Mürşüd Səməd oğlunun qızıyam. Mərhum Prezidentimiz, -Allah rəhmət eləsin, - Heydər Əliyev yoldaşımı ölümündən sonra “İgidliyə görə” medalı, atamı isə, - bütün Xocalı camaatı bilir ki, o, əlindəki beşatılanla neçə-neçə düşməni məhv edib, döyüşlərdən birində ürəyindən aldığı güllə yarasından qəhrəmancasına şəhid olub, - “Azərbaycan bayrağı” ordeni ilə təltif edib. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Bizim o məşəqqətli, yurd-yuvamızı, ailə başçılarımızı itirdiyimiz günlərdə ulu öndərimiz Heydər Əliyev bizim səsimizə, həmvətənlərimizin səsinə səs verərək hakimiyyətə gəldi və bizi böyük bəlalardan qurtardı, ən əsası isə müstəqilliyimizi qorudu, suveren bir dövlət qurdu. Amma Siz isə, möhtərəm Prezidentimiz, öz xanımınızla çiyin-çiyinə, - mən birinci xanımımız Mehriban Əliyevaya da öz təşəkkürümü bildirirəm, - çox böyük işlər görmüsünüz. Biz bütün şəhid polislərin ailələri bunları izləyirik, hər ikinizə “Sağ ol!” deyirik. Sizin gördüyünüz bütün abadlıq-quruculuq işlərini təkcə Bakıda yox, bütün regionlarda müşahidə edirik. İndi bölgələrimiz Bakıdan heç də seçilmir. Buna baxmayaraq, bəzi ünsürlər nümayişə çıxır. Biz onlara qətiyyətlə “Yox!” deyirik. Biz şəhid polislərin ailələri Sizin arxanızda möhkəm durmuşuq. Nə yaxşı ki, Siz varsınız, nə yaxşı ki, bizim Prezidentimiz İlham Əliyevdir. Biz həmişə Sizin arxanızdayıq. Biz qadınlar, analar istəyirik ki, torpaqlarımız sülh yolu ilə azad edilsin".
    V.Əliyeva əlavə edib ki, əgər sülh yolu ilə olmasa, Azərbaycanın böyük, qüdrətli Ordusu var, Həcər qeyrətli qadınlarımız var: "Biz Xocalıda dörd il müharibə şəraitində yaşamışıq. Atışma səsi eşidəndə biz qadınlar da həmin tərəfə yüyürürdük. Amma dörd il mühasirədə qalandan, son gülləmiz də qurtarandan sonra ermənilər sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalını yerlə-yeksan etdilər.

    Mən uzun danışmaq istəmirəm, cənab Prezident, biz Sizin arxanızdayıq, Sizinlə qürur duyuruq. İnanırıq ki, torpaqlarımız alınacaq və biz doğma yurd-yuvamıza qayıdacağıq. Mərhum Prezidentimiz Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, biz azərbaycanlıyıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR