Səhiyyə sahəsində korrupsiya xarakterli hüquqpozmaların sayı əhəmiyyətli dərəcədə azalıb. Azadmedia.az-ın “TƏBİB-in 2025-ci ilin yekunları və qarşıdakı dövr üçün planlarına həsr olunmuş” brifinqdə bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ilin 1 yanvar–30 noyabr tarixləri ərzində korrupsiya hüquqpozması ilə bağlı ümumilikdə 392 müraciət qeydə alınıb. Aparılan araşdırmalar nəticəsində həmin müraciətlərdən 26-sı əsaslı hesab olunub və bununla bağlı 36 tibb müəssisəsi əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Vüqar Qurbanov diqqətə çatdırıb ki, 2024-cü ilin eyni dövründə bu göstəricilər daha yüksək olub. Belə ki, ötən ilin analoji mərhələsində 517 müraciət daxil olmuş, onlardan 23-ü təsdiqlənmiş və 33 əməkdaş barəsində müvafiq intizam tədbirləri görülmüşdü.
İcraçı direktor vurğulayıb ki, aparılan nəzarət və şəffaflıq tədbirləri nəticəsində tibb sahəsində korrupsiya hüquqpozmalarının sayı ümumilikdə 24,2 faiz azalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.