“IV Şuşa Qlobal Media Forumu sülhün, ədalətin və azad iradənin təntənəsidir”

“IV Şuşa Qlobal Media Forumu sülhün, ədalətin və azad iradənin təntənəsidir”.
Bunu Moderator.az-a açıqlamasında milət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edub ki, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu beynəlxalq sülh və ədalət baxımından mühüm əhəmiyyətə malikdir:
“Müharibə və münaqişələrin sürətlə artdığı dünyamızda sülhün və təhlkəsizliyin bərqərar olması, medianın bu məsələdə rolunun daha da optimallaşdırılması dünya dövlətlərinin, eləcə də beynəlxalq ictimaiyyətin qarşısında duran əsas problemlərdən biridir.
Heç kimə sirr deyil ki, bu gün Azərbaycan bütün dünyada regional sülh və təhlükəsizliyin əsas qarantı hesab olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yürütdüyü sülh siyasəti münaqişə və qarşıdurmaların diplomatik yolla, qarşılıqlı anlaşma və dialoq vasitəsilə ortadan qaldırılmasını nəzərdə tutur ki, bu da qlobal sülhün təmini baxımından əvəzolunmazdır. IV Şuşa Qlobal Media Forumunda 50-dən çox ölkədən yüzlərlə qonağın iştirakı göstərdi ki, Forumda müzakirə edilən məsələlərə maraq olduqca böyükdür.
IV Şuşa Qlobal Media Forumunu əhəmiyyətli edən nüanslardan biri də Forumda sülh və təhlükəsizliyin təmini ilə bağlı konkret təkliflərin irəli sürülməsi ilə bağlıdır. Forum iştirakçıları birmənalı şəkildə vurğuladılar ki, müharibə və qarşıdurmalardan qaçmaq üçün media qarşılıqlı etimad mühitinin fortmalaşmasına dəstək verməli, qızışdırıcı, eyni zamanda dezinformasiya xarakterli məlumatların yayımlanmasından imtina etməlidir. Problemlərin hərb meydanında deyil, diplomatik masa arxasında həllinin vacibliyi də IV Şuşa Qlobal Media Forumunda səslənən əsas fikirlərdən biri oldu”.
Millət vəkili İlham Əliyevin Forumakı çıxışının böyük maraq və təqdirlə qarşılandığını vurğulayıb:
“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı, təbdir iştirakçılarının suallarına verdiyi cavablar bütün dünyada böyük maraq və heyranlıqla qarşılanmaqdadır. Azərbaycanın dövlət başçısı öz çıxışında ölkəmizin sülh siyasətinə sadiqliyini bir daha bəyan etdi. Eyni zamanda, Azərbaycana qarşı media müstəvisindəki təxribatlara, bu təxribatların arxasındakı amillərə də diqqət çəkdi.
Dövlət başçısı 44 günlük Vətən müharibəsi, Azərbaycanın bu müharibə zamanı Ermənistan və ona havadarlıq edən qüvvələr üzərindəki tarixi zəfərini xüsusilə vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, məhz Azərbaycan xalqının azad iradəsi bütün bu güclərə qalib gələrək ölkəmizin tarixi qələbəsini təmin etdi.
Hesab edirəm ki, IV Şuşa Qlobal Media Forumu və bu Forumda səslənən ideyalar öz aktuallığı, humanizmi, nəcibliyi ilə qlobal proseslərə nəzərəçarpacaq dərəcədə yön verəcək, bütün dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasını əhəmiyyətli şəkildə sitimullaşdıracaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.