Novruz Məmmədov xüsusi peşə təhsili ilə bağlı QƏRAR
Baş nazir Novruz Məmmədov “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Qərar imzalayıb.
Nazirlər Kabinetindən verilən məlumata görə, Qərar “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.
Nizamnamədə peşə təhsili müəssisəsinin fəaliyyətinin məqsədi və istiqamətləri, peşə təhsili müəssisəsinin vəzifə və hüquqları, peşə təhsili müəssisəsinin idarə olunması, peşə təhsili müəssisəsinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, peşə təhsili müəssisəsinin fəaliyyətinə nəzarət, peşə təhsili müəssisəsində uçot və hesabat, peşə təhsili müəssisəsinin yenidən təşkili və ləğv edilməsi kimi müddəalar yer alıb.