AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəbli formasının sosial əhəmiyyəti

  • + A
  • - A
  • Bu gün, 10:32

    Məktəbli formasının sosial əhəmiyyəti

    Psixoloq: Uşağın dəyəri geyimi ilə ölçülməməlidir

    Vahid məktəbli forması uşaqlar arasında sosial-iqtisadi fərqlərin görünürlüğünü azaltmaqla yanaşı, ayrı-seçkilik riskinin aşağı düşməsinə və məktəbə aidiyyət hissinin güclənməsinə də töhfə verir.

    Psixoloq Aysel Novruzova vahid məktəbli forması ilə bağlı açıqlamasında belə deyib.

    O bildirib ki, uşaqlar məktəb dövründə özlərini həmyaşıdları ilə müqayisə edir, geyimin markasına və qiymətinə xüsusi önəm verə bilirlər. Bu isə uşaqlar arasında sosial fərqlərin daha qabarıq görünməsinə səbəb ola bilər.

    Psixoloq vurğulayıb ki, valideynlər uşaqlara geyim qaydalarının məqsədini izah etməli, onların diqqətini xarici görünüşdən daha çox bilik, bacarıq və düzgün davranışa yönəltməlidirlər.

    A.Novruzovanın sözlərinə görə, müəllimlər də şagirdlərin dünyagörüşünün və davranışlarının formalaşmasında mühüm rol oynayırlar. Uşaqlar müəllimlərin təkcə fikirlərindən deyil, geyimlərindən və özlərini aparma tərzlərindən də nümunə götürürlər.

    O əlavə edib ki, müəllimin geyiminin məktəb mühitinə uyğun olması təhsil müəssisəsində məktəb mədəniyyətinin qorunmasının vacib elementlərindən biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR