AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa qanunsuz yanacaq daşınmasında şübhəli bilinən tankeri ələ keçirib

  • + A
  • - A
  • Dünən, 21:30

    Fransa qanunsuz yanacaq daşınmasında şübhəli bilinən tankeri ələ keçirib


    Fransa Hərbi Dəniz Qüvvələri qanunsuz yanacaq daşınmasında iştirak etməkdə və saxta bayraq altında üzməkdə şübhəli bilinən DF Peak tankerinin göyərtəsinə qalxaraq onu saxlayıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

    Makronun sözlərinə görə, əməliyyat Hind okeanında, Reyunyon adasından 450 dəniz milindən (təxminən 833 kilometr) çox cənubda həyata keçirilib.

    Fransa Prezidenti bildirib ki, tanker saxta bayraq altında üzməkdə və qanunsuz yanacaq daşınmasında iştirak etməkdə şübhəli bilinir.

    “Beynəlxalq dəniz hüququna uyğun həyata keçirilən bu əməliyyat qanunun aliliyini müdafiə etmək və dünyanın harasında baş verməsindən asılı olmayaraq, bütün növ qanunsuz ticarətlə mübarizə aparmaq əzmimizi nümayiş etdirir”, – deyə Makron vurğulayıb.

    Qeyd edək ki, gəminin qanunsuz fəaliyyətlə əlaqəsi ilə bağlı şübhələr Fransa tərəfinin açıqlamasında yer alıb. Hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR