Latviya əmindir ki, Rusiya NATO-ya meydan oxumaq iqtidarında deyil

Latviyanın xarici işlər naziri Bayba Braje artan gərginlik fonunda NATO-nun şərq cinahının etibarlı şəkildə qorunduğunu düşünür.
Euronews-un məlumatına görə, Rusiya pilotsuz uçuş aparatları ilə bağlı narahatlıqların artması və hava məkanının pozulması halları fonunda Latviya və Baltikyanı qonşuları yenidən yüksək hazırlıq vəziyyətinə keçiblər.
Braje bildirib ki, NATO-nun fəaliyyətinin əsas göstəricisi sülhdür. O, Rusiyanın öz silahlı qüvvələrinə NATO-ya meydan oxumaq imkanı yaratdığını da vurğulayıb.
Bununla yanaşı, nazir qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Latviyaya və ya digər Baltikyanı ölkələrə qarşı hərbi hücuma başlamaq iqtidarında deyil. Onun sözlərinə görə, Moskvanın bunun üçün zəruri imkanları yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.