AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev əqli mülkiyyətin qorunmasını vacib sayıb

  • + A
  • - A
  • Bu gün, 12:48

    İlham Əliyev əqli mülkiyyətin qorunmasını vacib sayıb

    Prezident TDT ölkələri arasında rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsini önə çəkib.

    Xəbər mətni:

    Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin Bakıda keçirilən 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb.

    Müraciətdə Türk dünyasında elmi və mədəni irsin qorunması, əqli mülkiyyət hüquqlarının təmin edilməsi və innovasiya sahəsində əməkdaşlığın inkişafı əsas məsələlər kimi diqqətə çatdırılıb.

    Dövlət başçısı bildirib ki, Türk xalqlarının zəngin tarixi irsi, elmi potensialı və insan kapitalı TDT çərçivəsində əqli mülkiyyət sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün imkanlar yaradır. Bu sahədə qurum rəhbərlərinin görüşlərinin təşkili əməkdaşlığın inkişafına xidmət edir.

    Prezident süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafının əqli mülkiyyət sistemləri üçün yeni çağırışlar yaratdığını qeyd edib. Onun sözlərinə görə, müəllif və ixtiraçıların hüquqlarının etibarlı qorunması, innovasiyaların təşviqi və cəmiyyətin maraqlarının nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.

    Müraciətdə Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellektin tətbiqinin genişləndirilməsi, elmi tədqiqatların və kadr potensialının inkişafı istiqamətində görülən işlərə də toxunulub.

    İlham Əliyev Türk xalqlarının ortaq mədəni irsinin qorunmasının və onun mənimsənilməsi, yaxud təhrif edilməsinin qarşısının alınmasının birgə fəaliyyətin mühüm istiqaməti olduğunu vurğulayıb. O, Azərbaycanda əqli mülkiyyət hüququnun əsaslarının Heydər Əliyevin təşəbbüsü ilə qoyulduğunu xatırladıb.

    Prezident Bakı görüşündə aparılacaq müzakirələrin və irəli sürüləcək təşəbbüslərin TDT ölkələrinin əqli mülkiyyət qurumları arasında əməkdaşlığın güclənməsinə, eləcə də Türk dünyasının qlobal rəqabət şəraitində inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

    Dövlət başçısı tədbir iştirakçılarına uğurlar arzulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR