AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO Rusiyanın mümkün hücumuna qarşı üçmərhələli plan hazırlayıb

  • + A
  • - A
  • Bu gün, 21:55

    NATO Rusiyanın mümkün hücumuna qarşı üçmərhələli plan hazırlayıb


    NATO Rusiyanın üzv ölkələrindən birinə mümkün hücumu zamanı həyata keçiriləcək yeni fəaliyyət konsepsiyasını təqdim edib.

    NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkevich alyansın “Qələbə nəzəriyyəsi” (Theory of Victory) adlandırılan yeni konsepsiyası barədə məlumat verib. Bild nəşrinin məlumatına görə, plan mümkün qarşıdurmada rəqibin üç mərhələdə məğlub edilməsini nəzərdə tutur.

    Konsepsiyanın birinci mərhələsi “Block” — “Bloklamaq” adlanır. Bu mərhələdə NATO qüvvələrinin əsas vəzifəsi mümkün hücumun qarşısını almaq və rəqibin ilkin irəliləyişini dayandırmaqdır.
    İkinci mərhələ “Blunt” — “Zərbəni zəiflətmək” adlanır. Bu mərhələdə məqsəd hücum edən qüvvələrin irəliləmək imkanlarını məhdudlaşdırmaq və onların hücum potensialını zəiflətməkdir.

    Üçüncü mərhələ isə “Break” — “Məğlub etmək” adlanır. Bu mərhələdə alyans yalnız hücum edən hərbi bölmələrin deyil, onların fəaliyyətini təmin edən hərbi sistemin də sıradan çıxarılmasını hədəfləyir. Plan çərçivəsində təchizat marşrutlarının kəsilməsi, komanda-idarəetmə sistemlərinin fəaliyyətinin pozulması və hücum edən qüvvələrin döyüş qabiliyyətinin zəiflədilməsi nəzərdə tutulur.

    Aleksus Qrinkevich Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki, NATO bu konsepsiya üzərində artıq bir neçə ildir işləyir. Bununla belə, son hadisələri nəzərə alan alyans rəhbərliyi planı ilk dəfə ictimaiyyətə təqdim etmək qərarına gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR