AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

  • + A
  • - A
  • Bu gün, 11:05

    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

    Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda rəsmi qarşılanma mərasimi keçirilib.

    Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidentini qarşılayıb. Mərasim keçirilən meydanda hər iki dövlətin bayraqları dalğalanıb və fəxri qarovul dəstəsi düzülüb.

    Əvvəlcə fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verib. Daha sonra iki ölkənin Dövlət himnləri səsləndirilib, fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

    Daha sonra Azərbaycan və Laos nümayəndə heyətlərinin üzvləri prezidentlərə təqdim edilib. Sonda İlham Əliyev və Thonqlun Sisulit rəsmi foto çəkdiriblər.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR