AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək

  • + A
  • - A
  • Bu gün, 09:59

    Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək

    Şri-Lankanın xarici işlər naziri Vicita Herat oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.

    Bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    "Səfər zamanı nazir iştirakçı ölkələrdən, o cümlədən Qazaxıstan, Özbəkistan və Tacikistandan olan həmkarları, həmçinin ev sahibi olan Azərbaycanın rəhbərliyi və AQEM-in baş katibi ilə ikitərəfli danışıqlar aparacaq", - məlumatda bildirilib.

    Həmçinin qeyd olunub ki, səfər Şri-Lankanın Asiya ölkələri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə və Mərkəzi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatları ilə iqtisadi tərəfdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR