Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi monitorinqlər zamanı Abşeron rayonu, Hökməli qəsəbəsi, “At yalı” adlanan ərazidə fəaliyyət göstərən fiziki şəxs Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsinə baxış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, baxış keçirilərkən 108 000 ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.