Biləsuvarın iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır
Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Cürəli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi
18 sentyabr 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Cürəli kəndində vətəndaşlarla növbəti görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Tədbirdə Yuxarı Cürəli kənd İcra nümayəndəsi Elməddin Vəliyev çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi.
Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə danışaraq bildirdi ki, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi rayonumuzda da geniş abadlıq- quruculuq işləri həyata keçirilir.Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli inkişafa nail olub. Bunun nəticəsidir ki, ən ucqar kəndlərimizdə belə uğurlu nəticələr özünü göstərir. Yollarımız təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidən qurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.Bir neçə ilə rayonumuzda və kəndlərimizdə insanları narahat edən heç bir problemlər olmayacaq.
Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Yuxarı Cürəli kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.Həlli zaman tələb edən məsələlərin icrası nəzarətə götürüldü.
İcra başçısı aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Biləsuvar rayonu ildən-ilə gözəlləşir
Azərbaycanın ən gözəl guşələrindən biri olan, ölkənin əlverişli fiziki coğrafi şəraitdə yerləşən, Biləsuvarda son illər genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri aparılır. Belə ki, rayonda yeni sosial obyektlər istifadəyə verilir, infrastruktur layihələr həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunur, divarlara xüsusi formalı üzlüklər çəkilir, müasir dizaynda yeni parklar, bağlar salınır. Magistral yollarda, şəhərin prospekt və küçələrində milli arxitektura ənənələrinə uyğun ornamentli divarlar hörülüb, mövcud divar və hasarlar suvaqlanaraq rənglənib, asfaltlanma işləri aparılıb, yaşıllıq zolaqları, təbii mənzərələri əks etdirən yol guşələri yaradılıb.
Təbii, Biləsuvar rayonunda gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərin ən gözəl məkanlardan birinə çevrilməsi yerli əhali ilə yanaşı, bütün ölkə vətəndaşlarında qürur hissi doğurur. Çünki şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-quruculuq işləri aparılır. Bütün bunlar insana olduqca xoş təəssürat bağışlayır. Onu da nəzərinizə çatdıraq ki, abadlıq işləri çərçivəsində şəhər daxilindəki mağazaların və digər sosial obyektlərin, binaların, fərdi evlərin fasadları və hasarları yenidən qurulub.
Rayonun bütün bina və küçələrində də işıqlandırma sistemi təkmilləşdirilib. Eyni zamanda, rayon ərazisində çoxlu ağac və gül kolları əkilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar təşkil edir. Sözsüz, Biləsuvarın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür. Belə ki, o, rayonda aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Biləsuvar rayonu ildən-ilə gözəlləşməkdədir. Rayonun hər tərəfində səliqə-sahman göz oxşayır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Biləsuvarda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Bir sözlə, Biləsuvar inamla gələcəyə doğru addımlayır.
Son illər ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Biləsuvarın iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Məsələn, təkcə bu ildə Biləsuvar rayonunda bir çox işlər görülüb və ciddi nailiyyətlər əldə olunub. Aydın şəkildə görünür ki, ölkə başçısının Biləsuvara davamlı diqqəti və qayğısı nəticəsində bu il də rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam edib, şəhərdə və bütövlükdə rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, iri həcmli layihələrin icrası təmin olunub, yeni layihələrin icrasına başlanılıb.
Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, doğrudan da Biləsuvar ölkənin cənub regionunun mərkəzinə çevrilməkdədir. Yazının əvvəlində də vurğuladığımız kimi, rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Mahir Quliyevun əməyi böyükdür. Ümid edirik ki, Biləsuvar bundan sonra da gözəlləşəcək, daim inkişafda olacaq.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR