AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu yolda hərəkət məhdudlaşdırılacaq

  • + A
  • - A
  • 29-12-2019, 13:03

    Bu yolda hərəkət məhdudlaşdırılacaq


    Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

    "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi xəbər verir ki, məhdudlaşma 1 yanvar saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR