AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ştutqartda Azərbaycana dəstək aksiyası oldu

  • + A
  • - A
  • 11-11-2020, 11:20

    Ştutqartda Azərbaycana dəstək aksiyası oldu

    Almaniyanın Ştutqart şəhərində azərbaycanlı gənclərin iştirakı və Azərbaycanın Baden Vüttenberqdəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycana dəstək aksiyası keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AzadMedia.az a verilən məlumata görə, soydaşlarımız Ştutqart şəhərinin mərkəzi meydanında Azərbaycan dövlətinə və ordusuna dəstək, işğalçı Ermənistan ordusunun törətdiyi terror aktlarına etiraz məqsədilə flaşmob təşkil edib. Aksiya zamanı ermənilərin terrorçu hərəkətlərini nümayiş etdirən plakatlar qaldırılıb, qara parçanın üzərində şamlarla Gəncə və Bərdə yazılıb, ətrafına güllər düzülüb.

    Azərbaycan bayrağının dalğalandırıldığı aksiyada iştirakçılar “Qarabağ Azərbaycandır!”, “’Gəncə üçün dua et”, “Erməni təcavüzünə son qoyun” və s. kimi şüarlar səsləndiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR