AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kanadadakı soydaşlarımız məşhurluq hissini yaşadan mobil tətbiq hazırlayıblar

  • + A
  • - A
  • 17-12-2020, 12:00


    Kanadada yaşayan azərbaycanlılar Əjdər Qasımov və Ülkər Axundzadənin yaratdıqları Hype Simulator tətbiqi ABŞ və Kanadada 0$ xərclə istifadəçi sayına görə ilk yerlərdə gedir.

    Ü.Axundzadə bildirib ki, 6 ay öncə hazırlanan mobil tətbiq Amerika və Kanadada bütün mobil tətbiqlərin içində Zoom, Youtube, TikTok, Instagram, Facebook və WhatsApp kimi milyonlarla nəhəng tətbiqləri geridə qoyaraq 1-ci yerdə durur. Bu mobil tətbiq bir çox insana arzusunda olduğu məşhurluq hissini yaşadır.

    "Tətbiqə başladığınız an sizə “Artıq məşhur” və ya “Məşhurluğa addımlayan” kimi iki seçim (Celebrity or Going Viral) verilir. Bu proqramin 3.5 milyondan cox yuklənməsi var, proqram son 3 həftə ərzində 2 milyondan cox yüklənmə qazanib", - deyə soydaşımız qeyd edib.

    Hazırda gənc mütəxəssislər 3-cü seçim olan "Məşhurluğu itirən" (Canceled mode) mobil tətbiqin üzərində işləyirlər.

    Qeyd edək ki, Əjdər Qasımov və Ülkər Axundzadə həyat yoldaşıdırlar. Ə.Qasımov "Software Developer" şirkətində menecer işləyir. Ü.Axundzadə kompüter elmləri ixtisası üzrə Vaterlo Universitetini bitirib. Onun atası Vaterlo Universitetinin "Riyaziyyat və Biznes Proqramları" fakültəsinin direktoru, professor İlham Axundovdur. İ.Axundov 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən diaspor fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR