“Facebook”da növbəti problem — 200 mobil tətbiq işləmir
“Facebook” şirkəti 200 mobil tətbiqin fəaliyyətini dayandırıb.
Bunun səbəbi “Cambridge Analytica” şirkəti ilə baş verən qalmaqalın istintaqıdır.
“Hazırda biz minlərlə mobil tətbiqi araşdırırıq. Onlardan 200-ünün fəaliyyəti dayandırılıb. Dəqiq araşdırma aparana qədər belə olacaq. Onlar tərəfindən mənfi məqsədlər üçün istifadə edildiyini aydınlaşdırmağa çalışırıq”, - deyə şirkətin açıqlamasında deyilir.
Qeyd edək ki, “Cambridge Analytica” ilə qalmaqal bu ilin mart ayında üzə çıxıb.