AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərsun”un xalqa leş ət yedizdirməsi ölkəni qarışdırdı - Müdhiş faktlar

  • + A
  • - A
  • 13-06-2017, 09:38

    “Azərsun”un xalqa leş ət yedizdirməsi ölkəni qarışdırdı - Müdhiş faktlar

















    “Azərsun” holdinqin xalqa yarım ton leş ət yedizdirəcəyi xəbəri böyük əks-səda doğurub. Ölkənin böyük yeyinti firmasının mənşəyi bilinməyən ət məhsullarını qəbul etməsi ciddi rezonans doğurub

    Sosial şəbəkələrdə holdinq əleyhinə etirazlar səslənməkdədir və “Azərsun” boykot olunmağa çağırılır. Holdinqin belə bir addım atması ciddi narazılıq doğurmaqla yanaşı ona olan inam sarsılıb.

    Şirkətin Xaçmazdakı “Qafqaz” konserv zavoduna mənşəyi bilinməyən ət məhsullarının aparılarkən saxlanması danılmaz faktdır.

    “Azərsun” holdinqin yarım ton mənşəyi bilinməyən əti hansı məqsədlə, hansı məhsullara istifadə edəcəyi barədə müfəssəl bilgilər verilmir.

    Ancaq bu dəfə işin üstünün açılması həm holdinqi, həm Dövlət Baytarlıq Xidmətini, həm də Kənd Təsərrüfatı Nazirliyini bir-birinə vurub.

    “Azərsun” susur, DBX onu ələ vermir. Qurum məsələnin ört-basdır olunması üçün dəridən-qabıqdan çıxır.

    Fkat isə budur ki, Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Azərsun”un “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib.

    Prezidentin etibar etdiyi, xalqa xidmət göstərdiyinə inandığı şirkətin murdar, leş, mənşəyi bilinməyən ətdən istifadə etməsi onun reputasiyasını cidid şəkildə zədələyəcək.

    Ulus.Az-a daxil olan məlumata görə, baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.

    İlkin araşdırma zamanı Məmmədyarov Eynulla Balaşərif oğlu heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib.

    Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlli açıqlamasında bildirib ki, sənədlərin olmadığına görə mənşəyini müəyyənləşdirmək üçün ətdən nümunələr götürülüb:

    “Ətlərin “Azərsun”un konserv zavoduna aparıldığı barədə fikirlər mal sahibinə aiddir. Bizim belə bir açıqlamamız olmayıb. Bununla bağlı da araşdırma aparılır.

    Bəzi hallarda “Ətin mənşəyi məlum deyil” yazıldıqda, onun sağlam olmaması kimi başa düşülür. Amma mənşəyi məlum olmayan hər əti yararsız adlandırmaq olmaz.

    Bu, laboratoriya müayinələrindən sonra məlum olur. Hər mənşəyi bəlli olmayan ət leş deyil. Sənətsiz gəlibsə, biz onu yoxlamalıyıq. Bizim məlumatımızda leş söhbəti yoxdur. Bunu özlərindən yazırlar”.

    Bu açıqlama ilə Dövlət Baytarlıq Xidmətinin sözçüsü şirkətin dolayısı ilə müdafiəsinə qalxıb. Digər tərəfdən saxlanılan həmin şəxsin bu malları hara apardığını açıqlaması yalandan ola bilməz. Ağlı başında olan heç bir şəxs özündən uyduraraq “Azərsun”a ittiham etməz.

    “Elba” MMC-dən sonra “Azərsun”a aid müəssisədə də oxşar hadisənin baş verməsi insanların istehsalat obyektlərinə inamını sarsıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR