SOCAR: Magistral kəmərdəki yanğınla bağlı Abşeronda qaz olmayacaq
Magistral qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır.
Bu barədə SOCAR-dan məlumat verilib.
"Xəbər verildiyi kimi, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş vermişdir. Yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülmüşdür. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunmuşdur. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaratmışdır. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür", - deyə məlumatda qeyd edilib.