Bakının Xətai rayonunun bəzi ərazilərində suyun verilişi dayandırılacaq.
Bu barədə Azadmedia.az a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən (ASC) bildirilib.
Məlumata görə, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar bu gün Bakının Xətai rayonunun Süleyman Əhmədov, Mingəçevir küçələrinə, Kazımaga Kərimov və Aşıq Qurban küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.