5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi təsis edilib və hər il bu tarix su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.
“Su təsərrüfatı və meliorasiya işçiləri günü” ilə əlaqədar “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.
“Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərlikləri iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində peşə fəaliyyətini yerinə yetirərkən mina partlayışı nəticəsində şəhid olmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun xatirəsinə qoyulmuş anım güşəsinin önünə gələrək onları ehtiramla anıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.