AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkli yayılan kimsəsiz kişi ilə bağlı - Rəsmi açıqlama

  • + A
  • - A
  • 25-08-2021, 18:45


    Sosial şəbəkələrdə Bakının Nəsimi rayonunda iri ticarət mərkəzlərindən birinin yaxınlığında, küçədə çətin şəraitdə yaşayan kişinin görüntüləri yayılıb.

    Azadmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məsələ ilə bağlı açıqlama yayıb.

    Bildirilib ki, qurumun müvafiq filialının əməkdaşları sözügedən ünvana gediblər:

    “Məlum olub ki, həmin şəxs 1965-ci il təvəllüdlü Kamal Ələkbər oğlu Süleymanovdur. Onun sosial vəziyyətinin qiymətləndirilməsi aparılıb. İlkin söhbət zamanı hazırda ailəsi ilə əlaqəsi olmadığını, kimsəsiz vəziyyətdə olduğunu bildirib.

    Müəyyən edilib ki, vətəndaşın sağlamlığı ilə bağlı ciddi problemlər var. Aidiyyəti qurumların əməkdaşlarının da iştirakı ilə Kamal Süleymanov 26 saylı Şəhər poliklinikasına yerləşdirilib.

    Səhhəti imkan verərsə və özünün də razılığı olarsa, vətəndaşımız Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR