AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda icra hakimiyyətləri ləğv olunacaq? - Deputatdan AÇIQLAMA

  • + A
  • - A
  • 6-12-2021, 15:00


    "Cənab Prezidentin idarəetmə ilə bağlı apardığı struktur islahatı təqdirəlayiqdir. Xüsusilə, Qarabağ kimi böyük bölgəyə öz nümayəndəsini təyin etməsi ondan xəbər verir ki, Azərbaycanın digər bölgələrində də belə idarəetmə strukturu həyata keçiriləcək".

    Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Deputat uzun müddətdir ki, icra hakimiyyəti orqanlarından böyük şikayətlərin, narazılıqların olduğunu bildirib:

    "Müəyyən icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında münasibətlərdə problemlər var. Yəqin ki, digər bölgələrdə də belə idarəetmə strukturunun qəbul edilməsi vacibdir. Seçkili orqan olan bələdiyyələr də vacibdir. Bir neçə qeyd etmişəm ki, Türkiyə nümunəsindən istifadə etməliyik. Türkiyədə bələdiyyələr kifayət qədər yüksək statusa malik orqanlardır. Birbaşa əhali ilə işlədikləri üçün bələdiyyələrin saxlanılmasına böyük ehtiyac var. Amma yerli icra hakimiyyəti orqanlarının Prezidentin nümayəndəsi ilə əvəz edilməsi müsbət hal olar. Belə ki, nümayəndə həmin yerdə özünün aparatını yaradacaq, bölgəni tamamilə idarə edəcək", - deyə V.Əhmədov vurğulayıb.

    Qeyd edək ki, Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR