Açıq satılan turşular öldürə bilər — VİDEO
Ev şəraitində hazırlanan turşular yoxlamadan keçirilmədən bazarlarda satışa çıxarılır. Satıcılar məhsulların yoxlamadan keçdiyini bildirsələr də, sənəd təqdim etməkdə çətinlik çəkirlər.
XəzərTV məlumatına görə, satıcılar məhsulların bazarın həkimi tərəfindən hər həftə yoxlanıldığını qeyd ediblər. Həkim isə yerində tapılmayıb.
Satıcılar deyir ki, alıcıların əksəri keyfiyyətlə bağlı yoxlama sənədi ilə maraqlanmır, yalnız məhsulun qiymətini soruşurlar.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər ki, evdə hazırlanan turşular mütləq bazarlardakı baytarlıq laboratoriyalarında yoxlanandan sonra satışa çıxarılmalıdır. Bu qaydalara əməl etməyən satıcıları isə 200 manat cərimə gözləyir. Bazarlardan alınan turşularda zəhərlənmə halı baş verdikdə isə məsuliyyəti bazarın sahibi, baytarlıq laboratoriyası və satıcı daşıyır.