AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Ukraynanın itkilərini AÇIQLADI

  • + A
  • - A
  • 2-07-2022, 17:40

    Rusiya Ukraynanın itkilərini AÇIQLADI


    Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsini vurub.

    Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib

    Onun sözlərinə görə, ötən gün Rusiya Hava Hücumundan Müdafiə sistemləri tərəfindən Nikolayev vilayətinin Yavkino yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 hərbi təyyarəsi vurulub.

    Konaşenkov ötən gün Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatının vurulduğunu da söyləyib.

    Rusiya MN sözçüsü müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 227 təyyarə, 134 helikopter, 1430 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3886 tank və digər zirehli döyüş maşını, 702 reaktiv yaylım atəşli qurğusu, 3073 səhra artilleriya qurğusu və minaatan, 3954 xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR