“Sovetski”də yaşayanlara xəbərdarlıq - Köçməyə hazırlaşın
Gələn ilin yanvarından Bakının "Sovetski" adlanan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək.
AZTB.info-nun APA-ya istinadən məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
S. İslamov bildirib ki, "Sovetski"dən köçürmənin birinci mərhələsi bu ilin avqustunda başa çatıb, 4300 ailə ərazidən köçürülüb, böyük ərazi abadlaşdırılıb: "Yeni mərhələdə köçürmə işləri ilə bağlı sənədləşdirmə işləri aparılır. Gələn ilin yanvarından daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək".