Səhiyyə Nazirliyinin strukturu dəyişdi
Səhiyyə Nazirliyinin strukturu dəyişib.
"AZTB.info"nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, publik hüquqi şəxslər Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında yer alacaq. Publik hüquqi şəxs qismində Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.