Daxili İşlər Nazirliyi (DİN) radiosu yeni layihəyə başlayır.
Yol hərəkəti ilə bağlı DİN-in səlahiyyətlərinə aid olan mövzular ətrafında sentyabr ayının 12-dən etibarən həftədə 5 gün olmaqla 2 saat ərzində saat 18:00-20:00 aralığında “Qaydaları pozma” adlı yeni layihəyə Avto Fm 107.7 dalğasında start verilir. Veriliş radionun sosial şəbəkə səhifələrində də canlı olaraq yayımlanacaq.
Hər gün ictimaiyyəti maraqlandıran bir mövzu ilə yanaşı efirə ünvanlanan suallar cavablandırılacaq əlavə olaraq yol polisinin fəaliyyəti ilə bağlı şikayətlər bir-başa icraya yönləndiriləcək digər yəni səlahiyyət dairəsində olmayan məsələlər isə aidiyyatı üzrə səlahiyyətli qurumlara göndəriləcək.
Layihə ötən mövsümdə həftədə iki gün 1 saat olmaqla efirə çıxırdı, lakin böyük maraq və sosial media üzərindən cəmiyyətin müsbət mövqeyi qeyd olunan platformada bu işin genişləndirilməsini və daha fərqli formada təqdim esilməsini şərtləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.