AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sökülən bardürlər, silinən pullar - Foto

  • + A
  • - A
  • 24-10-2022, 17:30

    Sökülən bardürlər, silinən pullar - Foto

    Bu gün Elektron Hökumətin İnkişafı mərkəzində media nümayəndələri üçün təşkil edilən "Rəqəmsal Jurnalistikaya doğru" təlimindən qayıdırdım. Atatürk parkı boyunca mağazaların qarşısındakı səkilərdə bardürlərin fəhlələr tərəfindən söküldüyünün şahidi oldum. Fikirləşdim, ya aylar öncə səs-küyə səbəb olmuş hadisə kimi kimsə özünə maşın dayanacağı düzəldir, ya da yolu genişləndirirlər. Fəhlələlərdən soruşdum, məlum oldu ki, köhnə bardürləri söküb yenisini düzəcəklər.
    Deyəsən rayonlarda bardür təzələməkdən başqa problem yoxdur. Nədir bu bardür təzələmək sevdası? İş vaxtının sonudur. Sorğu göndərmədim bardürlərin yenilənməsi Nərimanov Rayon İcra Hakimiyyətinə neçəyə başa gələcək. Amma rayonun büdcəsindən yetərincə pul gedəcək, buna şübhəm yoxdu. Bəzən sahibkarlardan eşidirik, büdcədən pul silinsə də, yolqırağı mağaza sahiblərini məcbur edirlər öz mağazalarının qarşısının təmir işlərinin xərcini çəksin. Qarşıda təlimimin 4 günü durur. Bu, o deməkdir ki, məsələni araşdırmağa kifayət qədər vaxtım var.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR