AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gündən etibarən respublikanın dağlıq və dağ-ətəyi ərazilərinə istilik verilişinə başlanılıb

  • + A
  • - A
  • 1-11-2022, 18:14

    Bu gündən etibarən respublikanın dağlıq və dağ-ətəyi ərazilərinə istilik verilişinə başlanılıb

    Bu gündən etibarən respublikanın dağlıq və dağ-ətəyi ərazilərinə istilik verilişinə başlanılıb
    "Azəristiliktəchizat" ASC xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.

    Bu gündən etibarən respublikanın dağlıq və dağ-ətəyi əraziləri hesab edilən Şuşa (7+1 i/m), Şabran (6), Xaçmaz (8), Quba (3), Qusar (1) və Lerikdə (1) cəmi 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.

    Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulacaq. Qeyd edək ki, istilik mövsümü ərzində istehlakçılar istilik enerjisi ilə tam təmin olunacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR