AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Zooloji Parkında qeyri-rəsmi “bilet” satılır - İDDİA

  • + A
  • - A
  • 13-11-2022, 14:23

    Bakı Zooloji Parkında qeyri-rəsmi “bilet” satılır - İDDİA

    Bakı Zooparkında vergidən yayınmaq üçün kassada biletlər deyil, kənarda pulla ağ kağızlar satılır, heç bir qəbz təqdim edilmədən. Bu iddiaları vətəndaş Rəşad Əliyev sosial şəbəkə hesabında yazıb. Qeyri-iş günü olduğu üçün iddialarla bağlı açıqlama ala bilmədik. Azadmedia.az mövzuya qayıdacaq. Rəşad bəyin yazdıqlarını təqdim edirik:
    "Gəlirsən Bakı zooparkına. Girişdə kassa var. Amma kassanın sağ tərəfində də bir nəfər oğlan dayanıb. Əlində ağ kağızlar. Ziyarətçilərin bir qismi yaxınlaşıb ödənişi ona edir. O da sizə bir ağ kağız verir ki, həmin o ağ kağızla girişdəki əməkdaşa yaxınlaşanda, sizi biletsiz filansız buraxırlar içəri. Bir sözlə ortada rəsmi bilet, qəbz filan yoxdur. O qeyri-rəsmi “bilet” satan kimdir, niyə kassanın içində yox, küçədə dayanıb, niyə vətəndaşlara qəbz vermədən nağd şəkildə pul alır…Yəni hamının gözləri qarşısında baş verən, bildiyiniz korrupsiyadır. Ən bayağı və abırsız tərzdə".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR