Lavrova sual verən azərbaycanlı jurnalist: "Artıq işsizəm"
LiderTV-nin müxbiri Anar Həsənov işdən çxarılıb.
Jurnalist işdən çıxarıldığını təsdiqləsə də, ətraflı danışmaq istəməyib. "Bəli, mən artıq "Lider” telekanalında işləmirəm”.
Bunu Azadlıq Radiosuna "LiderTV”nin Rusiya müxbiri Anar Həsənov deyib. Jurnalist başqa heç bir açıqlama vermək istəmədiyini bildirib.
Bir neçə gün öncə Rusiya xarici işlər nazirinin mətbuat konfransında Anar Həsənov Sergey Lavrova "Azəbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualına Lavrov "Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabını vermişdi.