AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabahın havası açıqlandı

  • + A
  • - A
  • 20-11-2022, 14:00

    Sabahın havası açıqlandı


    Azərbaycanda noyabrın 21-ə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR